FAQ

FAQ

  • Körpələrdə baş deformasiyalarında kranialkask istifadəsi hansı yaşdan başlamalıdır?

    Baş deformasiyalarının uğurlu müalicəsi üçün uyğun yaş aralığı 3-12 aylardır. Sonrakı aylarda kəllə qutusu sümükləri tam birləşdiyi üçün korreksiya imkanı da azalır. Nə qədər erkən müalicə başlanılsa o qədər qısa müddətdə daha müsbət nəticə əldə etmək olur.

  • Fərdi ayaq içliyimi mövcud ayaqqabıma necə uyğunlaşdıra bilərəm?

     Fərdi ayaq içliyi ayaq ölçüsünü 1-2 ölçü daha böyütdüyü üçün mövcud ayaqqabınızın içliyini çıxardıb fərdi içliyi yerləşdirə bilərsiz. Yeni ayaqqabı aldıqda mütləq fərdi içliyi alacağınız ayaqqabının içinə yerləşdirərərk ayaqqabı ölçüsünü seçməlisiniz.

  • Şeno skolioz korsetini sutka ərzində neçə saat istifadə etməliyəm?

    Şeno skolioz korsetinin istifadəsi sutka ərzində 20-22 saat tövsiyyə olunur. Müalicə həkiminin fərdi təlimatına uyğun istifadə saatının seçilməsi daha doğru olar. 

  • Amputasiyadan neçə ay sonra protez istifadə edə bilərəm?

    Amputasiyadan sonra protez istifadəsinə başlamadan öncə protezə hazırlıq prosedurlarına başlanılmalıdır. İlk öncə əməliyyat yarası sağalmalı və yara tam qapanmalıdır. Bu müddət hər bir xəstə üçün fərdi xarakter daşıyır. Yara sağaldıqdan sonra güdük formasını normal anatomik şəkilə salmaq üçün bandaj tətbiq olunmalıdır. Protez istifadəsini çətinləşdirəcək kontraktura,əzələ atrofiyası kimi fəsadların qarşısını almaq üçün vaxtında müalicəvi bədən tərbiyəsi hərəkətlərinə başlanılmalıdır. Yalnız güdük protez tətbiqinə tam hazır olduqdan sonra protez hazırlanmasına başlana bilər.

    Unutmayaq! Protez istifadəsindən öncə  hazırlanma prosedurlarına vaxtında və düzgün əməl olunması gələcəkdə protez istifadəsinə təsir edən ən önəmli amillərdən biridir.