Sizin etibarlı dayağınız

Xidmətlərimiz

Haqqımızda

Medicom MMC şirkəti 2005-ci ildə gənc və dinamik kadrların təşəbbüsü ilə yaradılmışdır. Tibb sektorunda sürətlə inkişaf edən şirkətimizin əsas fəaliyyət sahəsi əhalini dayaq-hərəkət sisteminin xəstəlikləri, zədə və əməliyyatdan sonra bərpası üçün nəzərdə tutulmuş müalicəvi və profilaktik məqsədlə istifadə olunan keyfiyyətli ortopedik məhsullarla təmin etməkdir. Aktiv həyat tərzinin qorunması və bərpası, dolğun həyata dönüş - hər bir insanın istəyidir. Sosial məsuliyyət anlayışıyla müştəri məmnuniyyətinə yönəlmiş fəaliyyət göstərən şirkətimizin fəaliyyətinin əsas təyinatı - məhsullarımız, peşəkar və qayğıkeş xidmətimizlə insanların aktiv həyat tərzinin bərpası, həyat keyfiyyətinin yaxşılaşdırılmasına  yönəlmişdir.

Məqsədimiz– bir çox insanların: istehsalçıların,həkimlərin və şirkətin əməkdaşlarının əməyini bir araya gətirərək tibbi xidməti daha effektiv,keyfiyyətli tibbi ortopedik məhsulların istifadəsini isə daha rahat və əlverişli etməkdir.

Ətraflı

Niyə biz

Yüksək ixtisaslı kadrlar

Nəticəyönümlü fəaliyyət

Keyfiyyətə nəzarət

Peşəkar və qayğıkeş xidmət

 

 

Məhsullar

Hərbçilərin protezlərlə təmin olunması layihəsi

We plainly comprehend that you need not to lose, but rather to gain more cash over your time of work with us. That is the reason we dismiss all high-chance undertakings, that may prompt a quick heap of money out of the blue however to a primary capital's misfortune the second time. AZ

Son layihələr

Yeniliklər

FAQ

  • Körpələrdə baş deformasiyalarında kranialkask istifadəsi hansı yaşdan başlamalıdır?

    Baş deformasiyalarının uğurlu müalicəsi üçün uyğun yaş aralığı 3-12 aylardır. Sonrakı aylarda kəllə qutusu sümükləri tam birləşdiyi üçün korreksiya imkanı da azalır. Nə qədər erkən müalicə başlanılsa o qədər qısa müddətdə daha müsbət nəticə əldə etmək olur.

  • Fərdi ayaq içliyimi mövcud ayaqqabıma necə uyğunlaşdıra bilərəm?

     Fərdi ayaq içliyi ayaq ölçüsünü 1-2 ölçü daha böyütdüyü üçün mövcud ayaqqabınızın içliyini çıxardıb fərdi içliyi yerləşdirə bilərsiz. Yeni ayaqqabı aldıqda mütləq fərdi içliyi alacağınız ayaqqabının içinə yerləşdirərərk ayaqqabı ölçüsünü seçməlisiniz.

  • Şeno skolioz korsetini sutka ərzində neçə saat istifadə etməliyəm?

    Şeno skolioz korsetinin istifadəsi sutka ərzində 20-22 saat tövsiyyə olunur. Müalicə həkiminin fərdi təlimatına uyğun istifadə saatının seçilməsi daha doğru olar. 

  • Amputasiyadan neçə ay sonra protez istifadə edə bilərəm?

    Amputasiyadan sonra protez istifadəsinə başlamadan öncə protezə hazırlıq prosedurlarına başlanılmalıdır. İlk öncə əməliyyat yarası sağalmalı və yara tam qapanmalıdır. Bu müddət hər bir xəstə üçün fərdi xarakter daşıyır. Yara sağaldıqdan sonra güdük formasını normal anatomik şəkilə salmaq üçün bandaj tətbiq olunmalıdır. Protez istifadəsini çətinləşdirəcək kontraktura,əzələ atrofiyası kimi fəsadların qarşısını almaq üçün vaxtında müalicəvi bədən tərbiyəsi hərəkətlərinə başlanılmalıdır. Yalnız güdük protez tətbiqinə tam hazır olduqdan sonra protez hazırlanmasına başlana bilər.

    Unutmayaq! Protez istifadəsindən öncə  hazırlanma prosedurlarına vaxtında və düzgün əməl olunması gələcəkdə protez istifadəsinə təsir edən ən önəmli amillərdən biridir. 

     

Ətraflı
Əlaqə

Hər zaman sizin xidmətinizdəyik

Bizə zəng edin

(+994 55) 409 36 63