telim 1

Azərbaycanda əlilliyi olan 500 mindən çox insan var. Onların bəziləri ilə cəmiyyətdə rastlaşsaq da, digər qismi evdə qapalı şəraitdə yaşayır. Aktiv həyat tərzinin qorunması və bərpası, dolğun həyata dönüş hər bir insanın istəyidir.

Tibb sahəsinin sürətlə inkişaf etdiyi bir zamanda fiziki məhdudiyyətli şəxslər onlar üçün hazırlanan protezlər və ortopedik məhsullardan yararlanaraq sağlam insanların sırasına qoşulmaq şansı əldə edirlər.

Bu sahədə 12 ildir fəaliyyət göstərən “Medicom” şirkəti dayaq-hərəkət sisteminin xəstəlikləri, zədə və əməliyyatdan sonra nəzərdə tutulmuş müalicəvi və profilaktik məqsədlə istifadə olunan keyfiyyətli ortopedik məhsulları ilə minlərlə əlil insanın aktiv həyat tərzinin bərpasında mühüm rol oynayıb.

Şirkətin direktoru Anar Rüstəmov qeyd edir ki, Azərbaycanda bu sahədə ciddi boşluq və tələbat olan dövrdə Azərbaycan Tibb Universitetinin bir qrup məzunu tərəfindən sözügedən şirkət ərsəyə gətirilib.

Məqsəd bir çox insanın – istehsalçı, həkim və şirkətin əməkdaşlarının əməyini bir araya gətirərək tibbi xidməti daha effektiv, keyfiyyətli tibbi ortopedik məhsulların istifadəsini isə daha rahat və əlverişli etməkdir.

Zəng et