Mİ 71 Şeno korseti

0.00 AZN

Şeno korseti – onurğa sütunun aktiv-korreksiyaedici ortezi olub müxtəlif etiologiyalı skoliozların konservativ mülicəsində çox geniş istifadə olunur. Şeno korseti xəstəyə fərdi olaraq gipslə qəlibləmə üsulu ilə ölçü götürülərək hazırlanır. Korset onurğa deformasiyalarını 3 müstəvidə korreksiya etmək xüsusiyyətinə malikdir. Belə ki, frontal və sagital müstəvidə korreksiya ilə yanaşı horizontal müstəvidə də korreksiya edir ki, bu da onurğa sütununun rotasiyasının qarşısını almış olur. Hazırlanmasında xüsusi korreksiya üsulundan istifadə olunur ki,(basqı verilən nöqtənin əks istiqamətində boşluq buraxılır ) bu da xəstənin hərəki və böyümə funksiyalarını sərbəst buraxır.Bununla da Şeno korseti digər korsetlərə nisbətən aktiv-korreksiyaedici korset olması ilə fərqlənir.
Göstərişlər:
Kob bucağına görə 20-45 dərəcəli skoliozlarda,böyümə fazasına qədər