MI 25 HKAFO – Yerimə cihazı

0.00 AZN

HKAFO- Bel-bud-baldır-ayaq nahiyələrini əhatə edən yeriməyə yardımçı bir ortez olub pasientə fərdi olaraq hazırlanır. Bud-çanaq və diz oynağına yerləşdirilmiş kilidli oynaq mexanizmi sayəsində pasienti həm vertikal vəziyyətdə saxlamaq, həm də oturaq vəziyyətini təmin etmək olar.
Göstərişlər:
Əzələ distrofiyası proqressiyasında aşağı ətrafların paraparezi.
Onurğa beyni travması və keçirilmiş xəstəliklərindən sonra iflic hallarında.
Osteogenez.
Aşağı ətrafların müxtəlif etilogiyalı iflic və parez hallarında.