MI 23 FƏRDİ AYAQ ALTLIĞI

0.00 AZN

Fərdi ayaq altlığı – pasientdən fərdi üsulla ölçü almaqla hazırlanır. Ölçü alma üsulu olaraq öncə ortoped-texnik tərəfindən deformasiyanın növü müəyyən olunur, sonra deformasiyanın dərəcəsi Podoscope cihazında ölçülür və xüsusi qəlibləmə üsulu ilə ölçü alınır ki, bu da ayaq altlığının ayaq anatomiyasına maksimum uygun olması və istifadə rahatlığını təmin edir. Hazırlanmasında dəriyə zərərli təsiri olmayan,antiallergik materiallardandan istifadə olunur.
Fərdi ayaq altlığı – ayaqın uzununa və köndələn tağının optimal yerləşməsi sayəsində sümük və yumuşaq toxumaya düşən yükün bərabər paylanmasını,ayağın düzgün statik qurluşunu təmin edir.
Göstərişlər:
I və II dərəcəli yastıayaqlılıq – Pes Planus.
2,5 cm-ə qədər qısalıq kompensasiyası.
Ayaq sümüklərinin posttravmatik deformasiyasından sonra.