M 407 Patella dəstəkli dizlik

0.00 AZN

Tətbiqi:
Əgər oynağın isidilməsinin əks göstərişi yoxdursa, diz oynağının iltihabi və degenerativ xəstəlikləri (ilkin mərhələdə artritlər, sinovitlər, periartikulyar ödemlər, bursitlər və artrozlar). İdman və fiziki əməklə məşğul olan zaman diz oynağının və diz qapaqlarının zədələnmələrinin profilaktikası;
Dizüstü qapağın (Patella) xroniki qeyri-sabitliyi (vərdişli burxulma);
Kəskinləşmə dövründə diz oynağı bağlarının əzilməsi, dartılması;
Gips sarğısının çıxarılmasından sonra orta və gec müddətli reabilitasiya dövrü.

Xüsusiyyətləri:
Bandaj diz oynağının orta fiksasiyasını və yumşaq kompressiyasını, ayaq üstə durduqda yan statik yüklənmənin və gəzmə vaxtı zərbə yüklənmələrinin azaldımasını təmin edir. Diz oynağının fiksasiyası və yüklənməsinin azaldılması sayəsində bandajın istifadəsi zamanı ağrı sindromu azalır. İstilik qoruma effekti və mikromassaj təsir yumşaq toxumaların qan dövranının yaxşılaşdırır. Kompressiya təsiri ağrını və ödemi azaldır. Əlavə kəmərlər diz oynağını gəzmə zamanı etibarlı fiksasiya edir və bandajın yaxşı bərkidilməsinə imkan verir.
• Bandajın dizaynı onu rahat geyinib və çıxartmağa imkan verir.
• Ödem və oynağın kəskin deformasiyası zamanı məmulatı çox asanlıqla taxmaq olur.
• Dəlik və sərt halqa diz qapağının (Patella)hərəkətliyini məhdudlaşdırır
• Həm sağ və həmçinin sol ayağa uyğundur

Ölçü:S/M/L/XL/XXL/XXXL