M 318 Neopren dirsəklik

0.00 AZN

Tətbiqi: Bandajı dirsək oynağının zədələnməsi zamanı, bağların zədələnməsi zamanı, artritlər və artrozlar, həmçinin gips sarğısından sonra reabilitasiya dövründə tətbiq edirlər. Bandajı həmçinin idmsanla məşğul olma zamanı travmaların profilaktikası üçün istifadə edirlər.
Xüsusiyyətləri:
• Dirsək oynağının yumşaq fiksasiyasını və kompressiyasını təmin edir
• Yumşaq və havakeçirən material istifadə zamanı rahatlığı təmin edir.
• Həm sağ və həmçinin sol ələ uyğundur

Əlavə fiksasiya kəməri ilə dirsək oynağına bandaj (Art.8321)
Tətbiqi: Dirsək oynağının travmaları, əzilmələri, bağların dartılması. Dirsək oynağının iltihabi xəstəliklərinin inkişafı və kəskinləşməsi profilaktikası (artritlər, tendivitlər, tendovaginitlər). Dirsək oynağının xroniki degenerativ xəstəlikləri zamanı ağrı sindromu. İdmanla məşğul zamanı travmaların, oynaqlara peşə fəaliyyəti ilə əlaqədar yüklənmələrin profilaktikası.

Xüsusiyyətləri:
Bandaj ödemin azalmasına, ağrıların aradan qaldırılmasına və dirsək oynağına yaxın yumşaq toxumalarda qan dövranının yaxşılaşmasına səbəb olaraq, orta fiksasiya dərəcəsini və kompressiya effektini təmin edir.
• Dirsək oynağı bandajı, dirsək oynağının anatomik xüsusiyyətləri müxtəlif olan insanlarda məmulatın bədənə düzgün oturmasını təmin edən, texnologiya əsasında hazırlanıb.
• Bandajın bazu nahiyəsinə olan aşağı hissəsi cırt-bantlı lentlə əlavə olaraq fiksasiya edilir. konstruksiyanın bu cür xüsusiyyəti bandajı taxma zamanı sürüşməsinin qarşısını alı rvə bazunun yuxarı üçdə bir hissəsinin əzələsinə əlavə massaj təsiri edir.
• Aeropren bandajı bazu hissəsinə və çiynin yuxarı üçdə bir hissəsinə ideal oturmanı təmin edir və bununlada oynağa düşən yüklənməni azaldır və çiynə əlavə fiksasiya verir. Aeroprenin təsiri, dirsək oynağı nahiyəsində qan dövranını yaxşılaşdıran və ödemi aradan qaldıran mikromassaj təsiri təmin etməyə imkan verir.
• Həm sağ və həmçinin sol ələ uyğundur

Ölçü:S/M/L/XL/XXL