M 301 Welpo çiyin bandajı

0.00 AZN

Tətbiqi: Bandaj (Dezo sarğısı) yuxarı tərafı funksional əlverişli vəziyyətdə fiksasiya olmasını, yuxarı ətraf oynaqlarının yüklənməsinin azaldılmasını təmin edir. Çiyin və bazu hissəsinin zədələnmələri; çiyin oynağının bağlarının, körpücük-akromial və dirsək oynağının zədələnmələri və yırtılmaları, çiyin sümüklərinin sınıqlarından və yuxarı ətraflara cərrahiyyə müdaxiləsindən sonra reabilitasiya; yuxarı ətraf oynaqlarının artrozları, artritləri, çiyin-kürək periartriti, iflic, pleksitin parezləri, yuxarı ətrafların nevriti zamanı tətbiq edilir.

Xüsusiyyətləri:
Yuxarı ətrafın etibarlı fiksasiyasını təmin edir
Bazu üçün iki kəmərli muftası və yuxarı ətrafın fiksasiyası üçün kəməri mövcuddur.
Yumşaq və havakeçirən material istifadə zamanı rahatlığı təmin edir.
Həm sağ və həmçinin sol ələ uyğundur.

Ölçü:S/M/L/XL/XXL